Modern.az

Azərbaycanla münasibətlərə xüsusi önəm veririk- Baş nazir

Azərbaycanla münasibətlərə xüsusi önəm veririk- Baş nazir

Dünya

2 Mart 2024, 22:52

Şimali Kipr Azərbaycanla münasibətlərə xüsusi önəm verir.

 

Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstel III Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşündə deyib.

 

T.Budaqov xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb. O, Azərbaycan ilə ŞKTC arasında sıx təmasların olduğunu, müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

 

T.Budaqov beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyib. Qeyd edib ki, mövcud gerçəkliklər fonunda xalqlarımızın həmrəyliyi və Türk dünyasında səmərəli işbirliyinin həyata keçirilməsi başlıca prioritetlərdəndir.

 

YAP Sədrinin müavini Azərbaycan və ŞKTC-nin hakim partiyaları arasında işbirliyinin genişləndirilməsinin də xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi