Modern.az

İnquşetiyada terrora hazırlaşan 6 silahlı MƏHV EDİLDİ

İnquşetiyada terrora hazırlaşan 6 silahlı MƏHV EDİLDİ

Dünya

3 Mart 2024, 13:17

Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat başa çatıb və 6 silahlı məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"nin regional təhlükəsizlik güclərindəki mənbəsi bildirib.

 

“İlkin məlumatlara görə, toqquşma zamanı altı yaraqlı öldürülüb”, - deyə mənbə əlavə edib ki, hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

 

Xatırladaq ki, KTO-nun işə başlaması ilə bağlı mesajlar ötən gecə saat 19:30-da gəlməyə başlayıb. Silahlıların qarşısı Karabulakdakı yaşayış binalarından birində alınıb. Rusiya Federasiyası FSB-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi