Modern.az

Baxçalı 11-ci dəfə MHP sədri SEÇİLDİ

Baxçalı 11-ci dəfə MHP sədri SEÇİLDİ

17 Mart 2024, 14:55

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ortağı olan Milliyətçi Hərəkat Partiyasının (MHP) qurultayı keçirilib.

 

Modern.az xəbər verir ki, partiyanın hazırkı sədri Dövlət Baxçalı qurultayda iştirak edən 1295 nümayəndənin hamısının səsini qazanaraq 11-ci dəfə MHP sədri seçilib.

 

Qurultayda yeganə namizəd Dövlət Bağəxçalı olub.

 

Partiyanın digər orqanlarına seçkilər davam edir. Nümayəndələr 75 əsas və 25 əvəzedicidən ibarət Mərkəzi İcra Şurasını (MYK), 9 əsas və 5 əvəzedicidən ibarət Mərkəzi İntizam Şurasını (MDK) müəyyən edəcəklər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi