Modern.az

Solovyovun faşist ritorikası: Anti-Azərbaycan fəaliyyətinin arxasında erməni maqnatlar dayanır

Solovyovun faşist ritorikası: Anti-Azərbaycan fəaliyyətinin arxasında erməni maqnatlar dayanır

Dünya

27 Mart 2024, 17:21

Rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyov Azərbaycana qarşı təxribatçı çıxış edib. “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktında Azərbaycanı bu hadisə ilə əlaqələndirib.

 

Rusiya dövlətinin geniş meydan və etimad göstərdiyi Solovyovun yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan terror aktında "Azərbaycan izi" axtarmağa başlaması onun təxribatçı fəaliyyətindən xəbər verir. Onun Azərbaycana qarşı ritorikası Rusiya İstintaq Komitəsinin, Federal Təhlükəsizlik Xidmətinin və digər rəsmi qurumların açıqlaması ilə ziddiyyət təşkil edir.

 

Politoloq Tural İsmayılov Modern.az-a bildirib ki, Rusiyanın ictimai siyasi və media mühitində bəzi erməni lobbisinin təsiri altında olan obyektivliyi, jurnalistikanın, ictimai-siyasi proseslərin etik kodekslərini  ayaqlar altına atan belə adamlar var:

 

“Bu şəxslər ermənipərəst mövqeydən çıxış edərək daim Azərbaycanın üzərinə düşməyə çalışırlar. Bu gün Azərbaycanla Rusiya arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. İki ölkə arasında iqtisadi göstəricilər, həmçinin qarşılıqlı səfərlər siyasi əlaqələrin güclənməsinə baxmayaraq, Rusiyanın daxilində bəzi adamların və bəlli dairələrin Azərbaycanfob və Türkiyəfob açıqlamalar verməsi, bu prosesdə iştirak etməyə çalışması Rusiya ilə Azərbaycan arasında inkişaf edən siyasi əlaqələrə, etimad quruculuğuna böyük zərbə vurur. Azərbaycan əleyhinə Rusiya mediyasında kompaniya aparanların başında Marqarita Simonyanla birlikdə Vladimir Solovyov dayanır”.

 

Politoloq qeyd edir ki, Solovyov beynəlxalq media adından əsla qəbul edilməyən şovinist bir şəxsdir:

 

“Dünya jurnalistikasında heç bir hörməti olmayan adamın Azərbaycan əleyhinə hansısa  açıqlamalar verməsi, 
Azərbaycanı ittiham etməsi qeyri-ciddi və dürüstlük hissindən uzaq olduğunu göstərir. Həmçinin Solovyovun Rusiyadakı Aram Qabrielyanov, Samvel Karapetyan kimi erməni media maqnatlarının pullarının əsirinə çevrilməsi də bir faktdır. Gərgin hadisələr fonunda Rusiyadakı erməni lobbisi  Solovyov kimi şəxsləri çirkli  pullar vasitəsi ilə Azərbaycan və Türkiyə əleyhinə danışdırmaqla məşğuldurlar. Bu baxımdan Solovyovun Azərbaycan əleyhinə növbəti sayıqlamaqlarına ciddi reaksiya vermək lazım deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi