Modern.az

İstanbulda dəhşəti yanğın - 25 nəfər həyatını itirdi - YENİLƏNİB

İstanbulda dəhşəti yanğın - 25 nəfər həyatını itirdi - YENİLƏNİB

Dünya

2 Aprel 2024, 17:24

Türkiyənin İstanbul şəhərində baş verən yanğında həlak olanların sayı 25-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə TRT kanalı məlumat yayıb.

 

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Əli Yerlikaya zəng edərək yanğınla bağlı məlumat alıb.

 

Yanğınla bağlı cinayət işi açılıb, 5 nəfər saxlanılıb.

 

***

16:44

Türkiyənin İstanbul şəhərində yanğın olub.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, hadisə Beşiktaş rayonunda qeydə alınıb.

 

16 mərtəbəli binanın zirzəmisində baş verən yanğında 12 nəfər həyatını itirib. 7-si ağır vəziyyətdə olan daha 11 nəfər isə yaralanıb

 

İstanbul valiliyi hadisə ilə bağlı araşdırmalar başladığını açıqlayıb. Bildirilib ki, yanğın söndürülüb.

 

Hazırda müvafiq addımlar atılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi