Modern.az

Bayden Çin lideri ilə danışıqlar apardı - Ukrayna və Koreya...

Bayden Çin lideri ilə danışıqlar apardı - Ukrayna və Koreya...

Dünya

2 Aprel 2024, 19:55

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Liderlər Ukrayna və Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

 

Bayden və Si Cinpin Çin-Amerika münasibətləri və ümumi maraq doğuran məsələlərlə bağlı səmimi və dərin fikir mübadiləsi aparıblar.

 

Si Cinpin deyib ki,Vaşinqtonun Çinin texnoloji və iqtisadi inkişafını sıxışdırması Çin və ABŞ arasında münasibətlər üçün risklər yaradır. O qeyd edib ki, Pekin ölkəni inkişaf hüququndan məhrum etmək cəhdlərini cavabsız qoymayacaq.

 

O, həmçinin bildirib ki, Çin və ABŞ beynəlxalq koordinasiyanı gücləndirməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi