Modern.az

Qəzzaya dəyən ziyan AÇIQLANDI

Qəzzaya dəyən ziyan AÇIQLANDI

Dünya

3 Aprel 2024, 00:51

BMT və Dünya Bankı Qəzza zolağında yerləşən kritik infrastruktura dəyən zərər haqqında birgə hesabat dərc edib.

 

Modern.az xəbər verir ki, təşkilatlar ziyanın 18.5 milyard dollar dəyərində olduğunu açıqlayıb.

 

Hesabatda bildirilib ki, bu, Qəzza zolağı və İordan çayının 2022-ci il üçün ÜDM-nin 97%-nə bərabərdir.

 

“Nəticələr göstərir ki, pul ifadəsində ən çox yaşayış binaları (72%), ikinci yerdə ticarət, sənaye və xidmət infrastrukturu (9%) gəlir”, - deyə hesabatda qeyd olunub.

 

İsrail ilə HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi