Modern.az

İranda polis məntəqələrinə hücum - 3 nəfər öldürüldü

İranda polis məntəqələrinə hücum - 3 nəfər öldürüldü

Dünya

4 Aprel 2024, 09:11

İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətinin Rask və Çabahar şəhərlərində silahlı şəxs polis məntəqələrinə hücum ediblər.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində üç polis əməkdaşı öldürülüb.

 

Vilayət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Alireza Marhamati deyib ki, Çabaharda hücum təxminən axşam saat 22 radələrində baş verib. Raskda isə silahlıların əraziyə daxil olmaq cəhdinin qarşısı alınıb.

 

Məlumata görə, silahlılar İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına daxil olmağı planlaşdırırıblar, lakin onların qarşısı  alınıb.

 

Hücuma görə məsuliyyəti “Ceyş əl-Ədl” terror qruplaşması öz üzərinə götürüb. Sözügedən təşkilat əsasən İranın Əfqanıstan və Pakistanla sərhəddə yerləşən cənub-şərqində fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi