Modern.az

"Ukrayna Rusiya ilə bağlı gələcək planlarda ən böyük söz sahibi olmalıdır"

Dünya

4 Aprel 2024, 10:34

"Nə NATO-nun, nə də Aİ-nin Rusiya Federasiyasına qarşı strategiyası yoxdur".

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib. 

 

"Rusiyaya qarşı strategiyamızla bağlı nə NATO-da, nə də Aİ-də ümumi müzakirələr aparılmır. Hesab edirəm ki, bu, səhvdir. Belə bir müzakirə zamanı Ukraynadakı müharibənin necə başa çatacağını müzakirə etmək lazımdır", - o qeyd edib.

 

Çexiyalı siyasətçi belə bir strategiya olmadığına görə hesab edir ki, Avropa İttifaqı hazırda mövcud olan prinsiplərə əməl etməlidir. Xüsusilə, Lipavski Ukraynanın Rusiya ilə gələcək sülhlə bağlı qərarlarda söz sahibi olması prinsipini vurğulayaraq, hücuma məruz qalan bir ölkəyə xarici həll yolunu tətbiq etmək və onu prosesdə iştiraka dəvət etməməyi “ən böyük səhv” adlandırıb.

 

Çexiya XİN rəhbərinin sözlərinə görə, Ukraynadakı müharibə daha böyük problemin - Rusiya imperializminin nəticəsidir. “Əsl problem odur ki, Kreml lideri, istər Putin, istərsə də başqası, çıxıb kobud güclə ərazinin bir hissəsini ələ keçirə və “bu, mənimdir” deyə bilsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi