Modern.az

Blinken Rusiyaya mesaj verdi: Kiyev heç vaxt sizin olmayacaq!

Blinken Rusiyaya mesaj verdi: Kiyev heç vaxt sizin olmayacaq!

Dünya

4 Aprel 2024, 11:38

ABŞ dövlət katibi Entoni Blinken Kiyevin nə vaxtsa Rusiyanın nəzarətinə keçə biləcəyini istisna edib. O, eyni zamanda Rusiya və Qərb qüvvələri arasında birbaşa münaqişənin ABŞ-ın maraqlarına uyğun olmadığını bildirib.

Modern.az xəbər verir ki, Blinken Fransa televiziyasına müsahibəsində “Kiyev heç vaxt Rusiyanın nəzarətinə keçməyəcək” mesajını verib. Bu, heç vaxt olmayacaq” deyib.

“2022-ci ildə Rusiya təcavüzünün başlanğıcında biz Kiyevin süqutunu mümkün hesab edirdik. Lakin Ukrayna xalqının inanılmaz müqaviməti və ABŞ, Fransa və digər ölkələrin Ukraynaya göstərdiyi dəstək sayəsində Putinin bütün ölkəni zəbt etmək, xəritədən silmək və böyük Rusiyanın bir hissəsi etmək istəyi baş tutmadı”, - dövlət katibi vurğulayıb.

Eyni zamanda, Blinken bunu da təkrarlayıb: “Ukrayna torpaqlarında Amerika qoşunları olmayacaq”.

“Bizim nöqteyi-nəzərimizdən bu, bizi Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdıracaq, ondan qaçmaq istəyirik. Bu, bizim və müttəfiqlərimizin də maraqlarına uyğun deyil.
Düşünmürəm ki, bu, hər hansı NATO üzvünün maraqlarına uyğundur. Bununla belə, eyni zamanda qətiyyət və əminlik var ki, biz Ukraynanı dəstəkləmək üçün hər şeyi etməliyik və bunu təkcə bu il deyil, növbəti illərdə də etməliyik”, -  ABŞ dövlət katibi bildirib.
 

Dövlət katibinə Rusiya prezidenti Vladimir Putinin Braziliyada keçiriləcək növbəti G20 toplantısında iştirakının faydalı olub-olmayacağı ilə bağlı sual verilib.

“Əgər bütün [G20] üzvlər arasında konsensus varsa, bəli. Amma indiki vəziyyətdə bunun necə faydalı ola biləcəyini və üzvlər arasında konsensusa necə nail ola biləcəyini təsəvvür etmək çətindir”, - Blinken cavab verib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi