Modern.az

Hökumətin iclasında Paşinyanı güldürən MƏLUMAT - VİDEO

Hökumətin iclasında Paşinyanı güldürən MƏLUMAT - VİDEO

Dünya

4 Aprel 2024, 14:12

Ermənistan hökumətinin bugünkü toplantısında baş nazir Nikol Paşinyanı bərk gülmək tutub.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb təcili yardımla bağlı məsələ olub.

 

Belə ki, vətəndaşların təcili tibbi yardım briqadalarını niyə evdən çıxıb qarşılaması Paşinyanı əyləndirib.

 

"Mənə həmişə elə gəlirdi ki, bu, nəzakətdən irəli gəlir və həkimlik peşəsinə xüsusi hörmətin təzahürüdür. Məlum olub ki, səbəb yerləşmə standartının olmamasıdır, yaşayış yerini ünvanla izah etmək çətindir", - o qeyd edib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi