Modern.az

Rusiya yaxın illərdə kadr çatışmazlığı ilə üzləşəcək - PUTİN

Rusiya yaxın illərdə kadr çatışmazlığı ilə üzləşəcək - PUTİN

Dünya

4 Aprel 2024, 15:17

"Rusiya iqtisadiyyatı yaxın illərdə kadr çatışmazlığı ilə üzləşəcək, ona görə də əmək məhsuldarlığının artırılması kritik əhəmiyyət kəsb edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.

 

"Rusiya ya xaricdən işçi qüvvəsi idxal etməli, ya da əmək məhsuldarlığını artırmalı olacaq. Növbəti illərdə Rusiya Federasiyasının sənaye inkişafı sürətləndirilməli, daxili bazarda Rusiya mallarının sayı artmalıdır. Rusiya Federasiyasının ÜDM-də əmək haqqının payı növbəti 6 il ərzində davamlı olaraq artmalıdır", - o qeyd edib.

 

"Dövlət sektoru işçilərinin əmək haqqının yeni modeli bir sıra regionlarda sınaqdan keçiriləcək və 2027-ci ildə bütün ölkə buna keçməlidir", - Putin bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi