Modern.az

Rusiyada təqaüdçü Putinin iqamətgahına hücum edib

Rusiyada təqaüdçü Putinin iqamətgahına hücum edib

4 Aprel 2024, 15:27

Moskvada təqaüdçü kişi oyuncaq tüfənglə Rusiya Federasiyası prezidentinin ofisinə girməyə cəhd edib.

Modern.az xəbər verir ki, teleqram kanalının məlumatına görə, aprelin 3-də səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları əlində avtomata bənzər əşya olan şübhəli şəxsi görüblər.

O, saxlanılıb. Məlum olub ki, həmin şəxs Ukraynada anadan olan 69 yaşlı Viktor Krasivskidir. Təqaüdçünün əlində qara rəngli “Kalaşnikov” avtomatı formasında uşaq oyuncağı olub.

Krasivski polisə bildirib ki, o, 15 ildir ki, prezidentlə görüşməyə çalışsa da, həmişə rədd cavabı verilib. Bu dəfə də “təcili məsələlər”in müzakirəsi üçün “şəxsi qəbulda” iştirak etmək qərarına gəlib.

Krasivski polis bölməsindən psixiatriya xəstəxanasına köçürülüb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı