Modern.az

Yeni bələdiyyə sədri işə kabinetinin qapısını sökməklə başladı - VİDEO

Yeni bələdiyyə sədri işə kabinetinin qapısını sökməklə başladı - VİDEO

Dünya

4 Aprel 2024, 15:36

Türkiyədə 31 martda keçirilmiş yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasından (CHP) Bursa vilayətinin Gemlik rayon bələdiyyəsinə sədr seçilən Şükrü Deviren işinə bələdiyyənin inzibati binasındakı kabinetinin sökülməsi ilə başlayıb.

 

Modern.az xəbər verir ki, bələdiyyə sədri bu barədə X-də paylaşım edib.

 

"Otağın qapısını sökəcəyik və artıq qapımız açıq olacaq. Vətəndaş gəlib "içəridə nə olur, sədr içəridədirmi" deyə baxmayacaq. Buradakı dostlarımızdan soruşub içəri girə biləcək. Verdiyimiz sözləri yerinə yetirməyə gəlmişik", - deyə o bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi