Modern.az

Britaniya Avropa İnsan Haqları Məhkəməsindən çıxır? 

Britaniya Avropa İnsan Haqları Məhkəməsindən çıxır? 

Dünya

4 Aprel 2024, 15:53

Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxması ilə bağlı müzakirələr aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rişi Sunak "The Sun"a müsahibəsində danışıb.

 

Buna səbəb miqrant axınıdır. O, sərhəd təhlükəsizliyinin "hər hansı xarici məhkəmədə olmaqdan daha vacib olduğunu" deyib.

 

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Britaniya hakimiyyətinin qaçqınları deportasiya etmək cəhdlərinin qarşısını alır. KİV-in məlumatına görə, 2020-ci ildən bəri Britaniyada 100 mindən çox insan qeyri-qanuni olaraq məskunlaşıb. Onlar İngilis kanalı vasitəsilə Britaniyaya gəlib.

 

2024-cü ilin ilk üç ayında qaçqın axını rekord həddə çatıb. Böyük Britaniya parlamenti bir neçə aydır ki, ölkə hakimiyyətinə AİHM-in qərarlarına məhəl qoymamağa icazə verə biləcək qanun layihəsini nəzərdən keçirir. Mətbuatda sözügedən problemin siyasi böhrana səbəb olduğu bildirilir.

 

"Əlbəttə, biz dözümlü və qonaqpərvərik, lakin hər şey qanuna uyğun edilməlidir", - Rişi Sunak bildirib. O, özünün də mühacir ailəsindən olduğunu xatırladıb.

 

Onun sözlərinə görə, 2022-ci ildə ölkəyə 45 min, 2023-cü ildə isə artıq 30 min nəfər qeyri-qanuni yollarla gəlib.

 

İki il əvvəl Ruanda ilə qeyri-qanuni mühacirlərin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Amma AİHM-in qərarı ilə uçuş son anda ləğv edilib. Daha sonra proqramdan ümumiyyətlə imtina edilib. Proqrama 100 milyon funt-sterlinqdən çox pul xərclənilib.

 

Sağçı mühafizəkarlar AİHM-dən çıxmağa çağırıb. “ The Independent” nəşrinin məlumatına görə, Rişi Sunak əvvəlcə bu təkliflərə müqavimət göstərib. Amma indi o, hakimiyyətə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoymamağa imkan verəcək qanun layihəsinin qəbul edilməsini istəyir.

 

Sunak “The Sun” qəzetinə verdiyi müsahibədə Britaniyanın AİHM-in yurisdiksiyasından tamamilə çıxacağını istisna etməyib və əlavə edib ki, bu il keçiriləcək parlament seçkilərində bunu vədlərindən biri edəcək. Baş nazir xatırladıb ki, Ruanda ilə yenilənmiş saziş bağlanıb, bu ölkə təhlükəsizlik səbəbi ilə öz ölkələrinə deportasiyası mümkün olmayan qaçqınları qəbul etməyə hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi