Modern.az

Paşinyan kosmik miqyasda yalançıdır! - Sarkisyan

Paşinyan kosmik miqyasda yalançıdır! - Sarkisyan

Dünya

4 Aprel 2024, 17:27

“Ermənistanı idarə edən şəxsin kosmik miqyasda yalançı olduğunu bir daha desəm, heç kim təəccüblənməyəcək”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyan haqda deyib.

“O, mənə böhtan atdı ki, guya mən ona gündəlik işlərlə bağlı məktublar göndərmişəm. Aparat rəhbərim bunu dərhal təkzib etdi və həmin məktubların dərc olunmasını tələb etdi. Aydındır ki, heç nə olmayıb, çünki bu baş verməyib”, – Serj Sarkisyan bildirib.

O qeyd edib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi fəlakətdir. Sarkisyan Paşinyanı "baş müzakirəçi" deyərək ələ salıb:

“Baş müzakirəçinin dəyişməsi fəlakət oldu. Qalan faciələr yalnız bu fəlakətin nəticələridir”, - Sarkisyan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi