Modern.az

Ukrayna bu ölkə ilə dron istehsal edəcək

Ukrayna bu ölkə ilə dron istehsal edəcək

4 Aprel 2024, 19:28

Ukrayna və Latviya yaxın vaxtlarda pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq.

 

Modern.az xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin Telegram səhifəsində yayılan məlumata görə, bu barədə iki ölkənin hökumət başçıları Denis Şmıqal və Evika Silina arasında görüş zamanı bildirilib.

 

Tərəflər hərbi-texniki yardım və birgə mərmi təşkili məsələlərini müzakirə ediblər.

 

“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin birgə istehsalına başlanılacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

 

Həmçinin bu il daha bir neçə ukraynalı əsgərin Latviyada müalicəsi ilə bağlı razılıq əldə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı