Modern.az

Paşinyan Brüsselə getdi - Üçtərəfli görüş üçün...

Paşinyan Brüsselə getdi - Üçtərəfli görüş üçün...

Dünya

4 Aprel 2024, 19:32

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

 

O,ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.

 

Səfər çərçivəsində aprelin 5-də Paşinyanın Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşü planlaşdırılır.

 

Ermənistan Baş nazirinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer ilə görüşü nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi