Hindistanın şimalında 5,2 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Padam yaşayış məntəqəsindən 34 km cənubda yerləşib.
Məlumata görə, zəlzənin ocağı 21,3 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.