Modern.az

Tayvanda zəlzələdən ölənlərin sayı 10-a ÇATIB

Tayvanda zəlzələdən ölənlərin sayı 10-a ÇATIB

5 Aprel 2024, 07:52

Tayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1106 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Mərkəzinin hesabatında qeyd edilib.

 

Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefə malik ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.

 

Qeyd edək ki, aprelin 3-də yerli vaxtla saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?