Modern.az

Ukrayna NATO-ya üzv olacaq! - Blinken

Ukrayna NATO-ya üzv olacaq! - Blinken

Dünya

5 Aprel 2024, 10:23

Ukrayna NATO-ya üzv olacaq. Zirvə toplantısında məqsədimiz onun alyansa daxil olması üçün körpünün qurulmasına kömək etməkdir.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Brüsseldə alyansın yaranmasının 75-ci ildönümündə jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu məsələ iyulda Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq.

ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, NATO üzvü olan ölkələrin Ukraynaya dəstəyi “daş kimi möhkəm” olaraq qalır.

NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynanı uzunmüddətli dəstək verəcəyinə inandıraraq, ittifaq ölkələrini Kiyevə yardımı artırmağa çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?