Modern.az

Paşinyan onları da özü ilə Brüsselə APARIB

Paşinyan onları da özü ilə Brüsselə APARIB

Dünya

5 Aprel 2024, 10:58

Xəbər verdiyimiz kimi, bu gün - aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında üçtərəfli görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, Ermənistanın nümayəndə heyətinin tərkibi ölkənin Nazirlər Kabinetinin saytında dərc olunub.

 

Paşinyanın həyat yoldaşı Anna Akopyan, həmçinin baş nazirin müavini Tiqran Xaçatryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, onun müavini Vahan Kostanyan, Ermənistanın Belçika və ABŞ-dakı səfirləri, bir neçə müşavir baş nazirlə birlikdə Belçikaya gediblər.

 

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?