Modern.az

Ərdoğan ABŞ səfirini və BMT-də daimi nümayəndəsini dəyişdi

Ərdoğan ABŞ səfirini və BMT-də daimi nümayəndəsini dəyişdi

Dünya

5 Aprel 2024, 11:33

Türkiyə doqquz ölkədə, o cümlədən Birləşmiş Ştatlarda səfirini, həmçinin BMT-də daimi nümayəndəsini dəyişib.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu dəyişikliklərə dair sərəncamları cümə günü Rəsmi qəzetdə dərc olunub.

 

Vaşinqtonda diplomatik nümayəndəliyə Türkiyənin xarici işlər nazirinin keçmiş müavini Sedat Önal başçılıq edəcək. O,2023-cü ilin fevralından bəri ölkənin BMT-də daimi nümayəndəsi vəzifəsini tuturdu.

 

Eyni zamanda, Önalın yerinə - BMT-də daimi nümayəndəsi vəzifəsinə xarici işlər nazirinin müavini Ahmet Yıldız təyin edilib.

 

Türkiyənin Bolqarıstan, Qvineya, Çili, Vyetnam, Qvatemala, Kosta-Rika, Şri-Lanka, Ekvadorda da səfirləri dəyişdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?