Modern.az

Gürcüstanda "xarici agentlər" qanununa alternativ - “Rusiyanın təsirindən müdafiə”

Gürcüstanda

Dünya

5 Aprel 2024, 11:57

Gürcüstan parlamentində Qərbə qarşı yönələn qalmaqallı "xarici agentlər" haqqında qanun layihəsinə alternativ olaraq Rusiyanın təsirinə qarşı mübarizəni vurğulayan “xarici agentlər” haqqında qanun layihəsi irəli sürülüb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi “İşğalçı dövlətin – Rusiya Federasiyasının təsirindən müdafiə haqqında” adlanır.

 

Təşəbbüsün müəllifləri “Gürcüstan Naminə” Partiyası və müstəqil deputat Teona Akubardiyadır. Müxalifət Gürcüstan Konstitusiyası ilə müəyyən edilmiş xarici siyasət məqsədlərini Rusiyanın maraqları naminə dəyişməyə cəhd edən hüquqi və fiziki şəxslərə qarşı cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edir.

 

Rusiyadan başqa, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tanımayan digər dövlətlərin də təsirinin monitorinqi təklif edilir.

 

“Yox, bu, Rusiya qanunu deyil!” kimisə inandırmaq istəyirsənsə, ayağa qalx və alternativ qanunu dəstəkləməklə, işğalçı dövləti digər dövlətlərlə eyniləşdirmədiyini sübut et", - deputat Beka Liluaşvili iqtidara səslənib.

Bu xəbər ilə bağlı
Gürcüstanda iqtidarın qalmaqallı "xarici agent" qanunu yenidən GÜNDƏMDƏ
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?