Modern.az

Ukrayna 2500 kilometrlik radiusda olan hədəfləri vuran PUA əldə edəcək

Ukrayna 2500 kilometrlik radiusda olan hədəfləri vuran PUA əldə edəcək

Dünya

5 Aprel 2024, 12:17

"Ukrayna tezliklə Ural və Arktikaya hücum edə biləcək uzaq mənzilli dronlardan istifadə edəcək".

 

Modern.az xəbər verir ki, bunu "Bild" nəşri yazıb.

 

"Bu günlərdə Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Tatarıstandakı hədəflərə pilotsuz uçuş aparatları ilə hücum edib. Onlar cəbhə xəttindən 1300 km aralıda idilər. Zərbələrdən birində Ukraynaya məxsus UJ-22 pilotsuz təyyarəsindən istifadə edilib. Əvvəllər onun uçuş məsafəsinin 800 km olduğuna inanılırdı. Göründüyü kimi, əlavə yanacaq çənləri olan yeni modifikasiya daha çox uçur. İkinci hücum üçün Ukraynanın ultra yüngül təyyarəsi "Aeroprakt A-22" əsasında yaradılan pilotsuz uçan aparatdan istifadə edilib", - deyə qeyd olunub.

 

Nəşrin məlumatına görə, artıq bu il Ukrayna 2000 km-ə qədər və daha çox uçuş məsafəsinə malik dronlardan istifadə edə biləcək. Onlar orta və uzaq mənzilli raketlərin çatışmazlığını dolduracaqlar.

 

“Raketlər keçmişdə qaldı. Dronlar gələcəkdir”, - mənbə bildirib.

 

Onun sözlərinə görə, ilin sonuna kimi 10 istehsalçı 2500 km-ə qədər uçuş məsafəsi olan dronlarla təmin edəcək. Kiyevin “Luch” konstruktor bürosu isə 3300 km-ə qədər uça bilən “Sokol-3000” dronunu hazırlayıb. Nəşrin hesablamalarına görə, yeni Ukrayna silahı, məsələn, Murmansk vilayətindəki hədəflərə hücum edə biləcək. Orada 80-ə yaxın hərbi baza var. Onların arasında Ukraynanı bombalayan strateji bombardmançıların yerləşdiyi Olenya aerodromu da var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?