Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Daşkəndə səfərə gedib.
Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Urganç beynəlxalq hava limanında ali qonağı Mirziyoyev şəxsən qarşılayıb.
Milli mahnı və rəqslərin ifası ilə təntənəli mərasim keçirilib. Bu gün liderlər danışıqlar aparacaq.
Həmçinin onlar qədim Xivənin tarixi abidələri ilə tanış olacaqlar.