Modern.az

Azərbaycanla normallaşmaya sadiqik - Paşinyan

Azərbaycanla normallaşmaya sadiqik - Paşinyan

Dünya

5 Aprel 2024, 14:32

"Vurğulamaq istərdim ki, biz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

"Ermənistan həmçinin Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına və ölkələrin suverenliyinə və yurisdiksiyasına, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasına tam sadiqdir", - o əlavə edib.

 

Qeyd edək ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan, həmçinin baş nazirin müavini Tiqran Xaçatryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, onun müavini Vahan Kostanyan, Ermənistanın Belçika və ABŞ-dakı səfirləri, bir neçə müşavir baş nazirlə birlikdə Belçikaya gediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?