Modern.az

Moldova XİN-dən Moskvaya xəbərdarlıq: Ukraynanı dəstəkləyirik

Moldova XİN-dən Moskvaya xəbərdarlıq: Ukraynanı dəstəkləyirik

Dünya

5 Aprel 2024, 15:38

Moldova Xarici İşlər Nazirliyi bildirib ki, dünən Rusiyaya məxsus dronunun qalıqları ölkənin cənubuna düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

“Rusiyanın Ukraynaya hücumu zamanı istifadə etdiyi hərbi pilotsuz uçan aparatın dağıntılarının dəfələrlə aşkar edilməsini qətiyyətlə pisləyirik. Əvvəlki hadisə cəmi iki ay əvvəl baş verib. Moldova Ukraynanı dəstəkləyir”, - nazirliyin bəyanatında deyilir.

 

Rəsmi Moskvadan bəyanata hələlik rəsmi reaksiya yoxdur.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?