Modern.az

Yarım milyon adama ehtiyac yoxdur, səfərbərlik yumşaq olacaq - Şmıqal

Yarım milyon adama ehtiyac yoxdur, səfərbərlik yumşaq olacaq - Şmıqal

Dünya

5 Aprel 2024, 17:06

"500 min insana artıq ehtiyac yoxdur, səfərbərlik daha yumşaq olacaq".

 

Modern.az xəbər verir ki, bunu Estoniyanın ERR nəşrinə müsahibəsində Ukrayna baş naziri Denis Şmıqal deyib.

 

O qeyd edib ki, yeni baş komandan Müdafiə Qüvvələrinin auditini həyata keçirib və genişmiqyaslı müharibə illərində ilk dəfə olaraq cəbhə xəttində rotasiyalar başlayıb:

 

"Müdafiə Qüvvələrinin yeni briqadaları artıq tamamlanıb və Ukrayna yalnız müttəfiqlərindən texnika və sursat gözləyir".

 

O, bu il ukraynalıları səfərbər etmək üçün bütün zəruri tapşırıqların yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?