Modern.az

Rusiya Ukraynadakı İES-lərin 80 faizini sıradan çıxarıb - Baş nazir

Rusiya Ukraynadakı İES-lərin 80 faizini sıradan çıxarıb - Baş nazir

Dünya

5 Aprel 2024, 17:24

Rusiya Federasiyası son bir neçə həftə ərzində həyata keçirdiyi raket zərbələri ilə Ukraynanın 6 giqavat enerji tutumunu və istilik elektrik stansiyalarının 80%-ni sıradan çıxarıb.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə Estoniya Milli Televiziyasına müsahibəsində bildirib.

 

"Təəssüf ki, Rusiya enerji terrorunu davam etdirir", - Şmıqal qeyd edib.

 

Onun sözlərinə görə, ruslar Ukraynanın enerji obyektlərinə raket zərbələri endirməkdə, transformator və generatorları məhv etməkdə davam edir.


"Son həftələrdə Rusiya istilik elektrik stansiyalarının 80 faizini məhv edib", - baş nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?