ABŞ Federal Aviasiya Administrasiyası zəlzələ ilə əlaqədar Nyu-York hava limanlarına uçuşların dayandırılmasının zəruriliyi barədə aviaşirkətləri məlumatlandırıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"FlightAware"in məlumatına görə, Nyu-Yorka uçan bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Nyu-York meri Erik Adams bildirib ki, şəhər hakimiyyəti fövqəladə vəziyyətlə əlaqədar tədbirlər görür. Hazırda zəlzələnin şəhərin infrastrukturuna ciddi zərbə vurduğu barədə məlumatlar var.
ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin gücü 4,8 baldır. Zəlzələ ABŞ-ın Nyu-Cersi ştatının Edison şəhərindən 46 km şimal-qərbdə yerli vaxtla saat 14:23-də baş verib. Zəlzələnin ocağı 4,7 km dərinlikdə yerləşib.