Modern.az

Ukrayna Rusiya strateji bombardmançılarının 5 faizini məhv edib

Ukrayna Rusiya strateji bombardmançılarının 5 faizini məhv edib

Dünya

6 Aprel 2024, 09:33

Ukrayna Silahlı Qüvvələri bütün Rusiya Tu-95MS bombardmançılarının 5%-ni məhv etmiş ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) bülletenində qeyd olunub.

 

Bildirilib ki, dronlar adətən yalnız ayrı-ayrı aviabazalara hücum edir və eyni anda bir neçə zərbə vurmaq qabiliyyəti imkanlarda əhəmiyyətli dəyişiklikdir.

 

"Engels-2" aerodromunda 3 ədəd Tu-95MS strateji bombardmançı təyyarənin zədələnməsi təsdiqlənərsə, Rusiya Federasiyasının artıq bu təyyarələrin təxminən 5% -ni itirdiyini iddia etmək olar və bu, artıq əhəmiyyətli itkidir.

 

Aerodromlara davamlı hücumlar Rusiya Aerokosmik Qüvvələrinin bütün Ukrayna ərazisində raket və hava zərbələri endirmək imkanlarını pisləşdirəcək.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?