Modern.az

Tayvanın zəlzələdən minimum zərərlə çıxmasının SİRRİ

Tayvanın zəlzələdən minimum zərərlə çıxmasının SİRRİ

Dünya

6 Aprel 2024, 15:34

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Tayvanda 7.4 bal gücündə zəlzələ baş vermişdi.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, itki və yaralıların, habelə dağıntıların minimal miqyasda olmasının səbəbi araşdırılıb.

 

Belə ki, Tayvanın zəlzələyə reaksiyasında təsirli olan amillər əsasən bunlardır:

 

Erkən xəbərdarlıq sistemi: Adanın hər yerinə yerləşdirilən sensorlar zəlzələnin ilk titrəyişlərini aşkar edir və 2-8 saniyə ərzində cib telefonları və televizorlar vasitəsilə zəlzələ ocağının yaxınlığındakı əhaliyə xəbərdarlıq göndərilir. Doğrudur, bununla belə, sistemdə müəyyən nasazlıqların olması səbəbindən paytaxt Taypeyin bəzi sakinləri telefon xəbərdarlığı almamışdılar.

 

İctimai məlumatlandırma: Tayvanlılar zəlzələlərə öyrəşiblər və 1999-cu ildən sonra məktəb və iş yerlərində təlimlər məcburi hala salındıqdan sonra nə etməli olduqlarını bilirlər.

 

Sürətli müdaxilə qrupları: Adanın fəlakətə reaksiya komandası sosial medianı aktiv şəkildə izləyir və zərəri qiymətləndirmək və yardımın hansı nöqtələrə göndəriləcəyini müəyyən etmək üçün təhlükəsizlik kameralarına daxil ola bilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular