Modern.az

19 pişik "əsas vəsaitlər" kimi sarayın inventarına salındı - Ömürlük yemək, qulluq...

19 pişik

Dünya

8 Aprel 2024, 10:58

Meksika prezidenti Andres Manuel Lopez Obrador hökumət binasının ətrafında gəzən pişikləri inventara daxil edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

 

Bu qərarla Prezident sarayında yaşayan 19 pişiyə Lopez Obrador vəzifəsini tərk etsə belə, ömürlərinin sonuna qədər qida və qulluq zəmanəti verilib. Həmin 19 pişik Meksika Milli Sarayının simvoluna çevrilib. Onlar inventarda “əsas vəsaitlər” kimi qeyd olunub. Bu, binalar və mebellər üçün istifadə olunan anlayışdır. Lakin prezident bunu sarayda yaşayan pişiklərə də şamil edib.

 

"Onların sarayın hər hissəsinə çıxışı var, buna görə də görüşlərə, müsahibələrə gedir və kameralar qarşısında gəzirlər", - deyə sarayın baytar həkimi bildirib.

 

Bu xəbər ilə bağlı
Evində 159 pişik və 7 it saxlayan cütlüyə şərti cəza kəsilib
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu