Modern.az

Fransanın Ermənistandakı səfiri Zəngəzura gəldi - YENİLƏNİB

Fransanın Ermənistandakı səfiri Zəngəzura gəldi - YENİLƏNİB

Dünya

11 Aprel 2024, 23:55

Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekoti Azərbaycanla sərhədə gəlib.

 

Modern.az xəbər verir ki, o, Zəngəzur bölgəsində yerli rəsmilərlə görüş keçirib.

 

Yerli vilayət rəhbəri bölgənin Fransa səfirliyi və müxtəlif Fransa strukturları ilə əməkdaşlığını vurğulayıb.

 

Görüş zamanı əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Bundan əlavə, səfir "Syunik" hava limanına da baş çəkib.

 

***

16:20

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yenidən Zəngəzura səfər edəcəyini bildirib.

Modern.az xəbər verir ki, səfir bu barədə "X" platformasında məlumat paylaşıb.

"Bu gün yenidən Sünikə (Zəngəzur) yola düşürəm", - paylaşımda deyilir.

Qeyd edək ki, bu addımlar Fransanın Cənubi Qafqaz bölgəsində sülhün bərpa olunmasından daha çox gərginliyi artmasında maraqlı olduğunu bir daha sübut edir. Görünür, Paşinyan hökuməti Fransanın və digər Qərb ölkələrinin əsl niyyətinin bölgədə sülhü bərpa etmək deyil, gərginlik yaradaraq, Ermənistandan öz məqsədləri üçün istifadə etmək olduğunu anlamaqda çətinlik çəkir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi