Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sistemi lazımi anda işləməyib.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.
O, Rusiya ilə təhlükəsizlik razılaşmalarının nəticə vermədiyini bildirib.
"Bilirsiniz ki, qanuna görə, hava hücumundan müdafiə sistemi erməni tərəfinin göstərişi ilə işə salınmalı idi. Biz lazımi vaxtda əmr verdik, lakin hava hücumundan müdafiə sistemi işə düşmədi. Belə hekayələr çoxdur", - Paşinyan qeyd edib.