Modern.az

ABŞ-ın Ukraynaya kömək üçün “B planı” yoxdur...

ABŞ-ın Ukraynaya kömək üçün “B planı” yoxdur...

12 Aprel 2024, 00:44

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yardımın gecikdirilməsinə görə daha çox məyus olur.

 

Modern.az xəbər verir ki, bu barədə Administrasiyadakı mənbə "Bloomberg" agentliyinə danışıb.

 

Ağ Ev hesab edir ki, Avropa ölkələri Kiyevə kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən mümkün qədər tez istifadə etməyə başlamalı və Konqres 60 milyard dollarlıq yardım paketini qəbul etməlidir.

 

Mənbələrdən biri deyib ki, Amerika hökumətinin Konqres tərəfindən təxirə salınan yardım paketindən başqa “B planı” yoxdur. 

 

Bayden administrasiyasındakı digər mənbə bildirib ki, Avropa ölkələri Ukraynanı öz ehtiyatlarından daha çox "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təmin etməlidir. Məlumata görə, ABŞ Ukraynanın öz hava məkanını qorumağa davam edib-etməyəcəyindən narahatdır.

 

Qeyd edək ki, ABŞ Konqresi 2023-cü ilin payızından bəri Ukraynaya yeni yardım paketi ilə bağlı razılığa gələ bilmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi