Modern.az

Əvvəlki nəsillə müqayisədə daha tez qocalırıq - Xərçəng riski...

Əvvəlki nəsillə müqayisədə daha tez qocalırıq - Xərçəng riski...

12 Aprel 2024, 00:51

Müasir dünyada orta nəsil özlərindən əvvəlki nəsillə müqayisədə daha tez qocalır.

 

Modern.az-ın məlumatına görə, bunu Vaşinqton Universiteti Tibb Fakültəsinin tədqiqatçıları müəyyən ediblər.

 

Araşdırmaçılar 1950-1954-cü illərdə anadan olan yaşlı insanlarla müqayisədə 1965-ci il və ya sonrasında anadan olan insanların sürətli qocalma ehtimalının 17% daha çox olduğunu aşkarlayıblar.

 

Tədqiqatın aparıcı müəllifi Tian Ruyinin bildirir ki, sürətli qocalma 55 yaşdan kiçik insanlar arasında müəyyən növ xərçəng riskini artırır.

 

"Bir neçə xərçəng növü ABŞ-da və bütün dünyada gənclər arasında getdikcə daha çox yayılır və bu artıma səbəb olan amilləri başa düşmək indiki dövrdə xərçəngin qarşısının alınması və ya erkən aşkarlanmasının yaxşılaşdırılması üçün əsas olacaqdır", - o qeyd edib.

 

149 min insanın qan analizinin araşdırılması nəticəsində məlum olub ki, daha tez qocalanların ağciyər, mədə-bağırsaq xərçənginə tutulma riski daha böyükdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi