Modern.az

Moldova Avropa hərbi müqaviləsindən çıxır

Moldova Avropa hərbi müqaviləsindən çıxır

12 Aprel 2024, 17:39

Moldova parlamenti ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakının dayandırılması haqqında qanunu qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş Moldova Parlamentinin yutub kanalında yayımlanıb.

 

Qərar 53 lehinə, 1 əleyhinə səslə qəbul edilib. 30 deputat səsvermədə iştirak etməyib.

 

Qanun təsdiq üçün Moldova prezidenti Maya Sanduya təqdim olunacaq. Müqavilədə iştirakın dayandırılması barədə qərar müqavilənin iştirakçısı olan ölkələr tərəfindən bildiriş alındıqdan 150 gün sonra qüvvəyə minəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi