Modern.az

Ermənistanın 4 hərbçisi ÖLDÜ, 20 yaralı var 

Ermənistanın 4 hərbçisi ÖLDÜ, 20 yaralı var 

12 Aprel 2024, 20:20

Ermənistanda hərbçilərin düşdüyü qəzada yaralananların sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, xəstəxanadan bildirilib ki, hadisə nəticəsində 20 nəfər yaralı var.

 

Qeyd edək ki, avtomobil qəzasında 4 nəfər dünyasını dəyişib.

 

***

19:31

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb:

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

 

İlkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.

 

Yerli mətbuat yazır ki, hadisə Meğridə baş verib. Ölən və yaralananlar arasında həm müqaviləli əsgərlər, həm də çağırışçılar var.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj