Rusiya ordusu qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, raket Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan buraxılıb.
“Alınan nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyini təmin etmək üçün Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir", - Nazirlik qeyd edib.