Ermənistanda aprelin 12-də baş verən qəza zamanı ölən hərbçilərin hamısı çağırışçı olub.
Modern.az xəbər verir ki, bu barədə "news.am" məlumat yayıb
Ölənlərdən Areq Kerobyan və Davit Akopyan Qeğarkunik, Slavik Vardanyan Lori, Cozef Azolyan Ararat bölgəsindən olublar.
Xatırladaq ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Məlumata görə, 4 nəfər ölüb, 20 nəfər yaralanıb.