Modern.az

Lavrov İranlı həmkarı ilə Yaxın Şərqi müzakirə etdi 

Lavrov İranlı həmkarı ilə Yaxın Şərqi müzakirə etdi 

13 Aprel 2024, 19:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, məlumatı Rusiya tərəfi yayıb.

 

Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Nazirlərin söhbətində əsas diqqətin Yaxın Şərqdəki vəziyyətə olduğu bildirilir.

 

“Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna aviazərbəsini sərt şəkildə pislədiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilən diplomatik və konsulluq obyektlərinə hər hansı hücumlar, eləcə də siyasi qətllər qəti şəkildə qəbuledilməzdir", - açıqlamada qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj