ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Çinə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb yayıb.
14-16 aprel tarixlərində baş tutacaq səfər zamanı onu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Çin və Tayvan məsələləri üzrə baş direktoru Sara Beran da müşayiət edəcək.
ABŞ rəsmiləri açıq kommunikasiya kanallarıı saxlamaq və rəqabəti məsuliyyətlə idarə etmək üçün birgə səylər çərçivəsində Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.