İordaniya hakimiyyəti aviasiya uçuşları üçün ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Krallığın Mülki Aviasiya Administrasiyasının “Al Mamlaka” telekanalı tərəfindən yayımlanan bəyanatında deyilir.
“İordaniya regionda aviasiya üçün artan risklər fonunda öz hava məkanını bütün gələn, gedən və tranzit təyyarələr üçün müvəqqəti bağlamaq qərarına gəlib”, - qeyd edilib.
Krallığın hava məkanı yerli vaxtla saat 23:00-dan etibarən bir neçə saatlıq bağlanacaq. "Gedişatla əlaqədar olaraq, bütün sonrakı dəyişikliklər əlavə olaraq bildiriləcək", – deyə Mülki Aviasiya İdarəsindən bildirilib.