Modern.az

Üçüncü Dünya müharibəsinin qarşısını mən ala bilərəm - Tramp

Üçüncü Dünya müharibəsinin qarşısını mən ala bilərəm - Tramp

Dünya

14 Aprel 2024, 10:59

Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

 

"Sübut edəcəm ki, bunu edə bilən yeganə şəxs mənəm. Co Bayden administrasiyasındakı adamların III Dünya Müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur. Unutmayın ki, Üçüncü Dünya müharibəsi nüvə silahları və heç kimin təsəvvür edə bilməyəcəyi bir çox digər silahlara görə heç birinə bənzəməyən bir müharibə olacaq", - deyə Tramp bildirib.

 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi