Modern.az

Liderlər İranın İsrailə hücumu ilə bağlı təcili TOPLANIR

Liderlər İranın İsrailə hücumu ilə bağlı təcili TOPLANIR

Dünya

14 Aprel 2024, 11:20

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri İranın İsrailə hücumuna diplomatik cavabı əlaqələndirmək üçün bazar günü danışıqlar aparacaq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Ağ Ev tərəfindən yayımlanan yazılı bəyanatında deyilir.

“Mən G7 liderlərini İranın həyasız hücumuna tutarlı diplomatik cavabı koordinasiya etmək üçün bir araya gətirəcəyəm. Komandam regiondakı həmkarları ilə qarşılıqlı əlaqədə olacaq. Və biz İsrail lideri ilə sıx əlaqə saxlayacağıq”, - deyə dövlət başçısı vurğulayıb.

 “İsrailə son hücumlar İran, Yəmən, Suriya və İraq ərazisindən gəldi” – Bayden əlavə edib.

Xatırladaq ki, G7-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ liderləri, eləcə də Avropa İttifaqı daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi