Modern.az

Orban Macarıstan Müdafiə Şurasını TOPLADI

Orban Macarıstan Müdafiə Şurasını TOPLADI

14 Aprel 2024, 14:11

Macarıstanın Baş naziri Viktor Orban İranın İsrailə hücumları ilə bağlı Müdafiə Şurasını toplayıb.

 

Modern.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

 

“Viktor Orban keçmiş Karmelit monastırında (Baş nazirin rəsmi iqamətgahı – red.) Müdafiə Şurasının iclasını keçirir”, - Havaşi bildirib.

 

Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Budapeşt İsrailə raket hücumunu qətiyyətlə pisləyir.

 

Onun sözlərinə görə, bu hərəkətlər Yaxın Şərqdə qlobal təhlükəsizliyə ciddi təhdid yaradan münaqişənin genişlənməsinə təhlükə yaradır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi