Modern.az

BMT TŞ İsrailə hücumla əlaqədar növbədənkənar iclas keçirəcək

BMT TŞ İsrailə hücumla əlaqədar növbədənkənar iclas keçirəcək

14 Aprel 2024, 13:31

Bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. 

 

Modern.az-ın "Alman dalğası"na istinadən verdiyi xəbərə görə, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bildirib. 

 

BMT Təhlükəsizlik Şurasının iclası İsrailin təşəbbüsü ilə çağırılıb. Qilad Erdan qeyd edib ki, bu gecə saat 22.00-da keçiriləcək iclasda İranın İsrailə hücumu müzakirə olunacaq. 

 

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raketi atıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi