Modern.az

Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən narahatıq - Rusiya XİN

Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən narahatıq - Rusiya XİN

Dünya

14 Aprel 2024, 13:57

Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə narahatdır və bütün tərəfləri təmkinli olmağa çağırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrail ərazisinə hücumla bağlı bəyanatında deyilir.

 

“Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında çox vaxt məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların nizamlanmamış təbiəti gərginlik amilidir. Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq, regional dövlətlərin mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəyini gözləyirik”, - Rusiya XİN qeyd edib.

 

Rusiya xarici siyasət idarəsi BMT Təhlükəsizlik Şurasının Qərb üzvlərinin mövqeyinə görə Suriyadakı İran konsulluğuna hücuma adekvat cavab verə bilməməsinə də diqqət çəkib. Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi də Yaxın Şərqdəki hazırkı eskalasiyanı BMT Təhlükəsizlik Şurasının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əlaqələndirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi